Microsoft, "Minecraft" adlı oyunla böyük uğur qazanan İsveçli "Mojang" firmasını satın aldı. Microsoftun video oyun platforması "Xbox"ın direktoru Phil Spencer, "Minecraft"ın yaradıcısı "Mojang"ı 2,5 milyard dollara satın alındığını elan etdi.


 


Beləcə, Stockholmdakı kiçik bir studiyada hazırlanan ancaq bütün dünyadakı video oyun sevənlərin rəğbətini qazanan Minecraft prodüserlərinə yaxşı bir gəlir qazandırmış oldu.


 


Spencer, satın alıma ilə bağlı şərhində, "Mojang və Minecraftın Microsofta qatılması qrupumuz üçün inanılmaz dərəcə həyəcan vericidir. Minecraftın sevilən bütün yönlərini davam etdirəcəyik" deyə bildirib. Spencer, Minecraftın hər il təşkil edilən fəaliyyəti Mineconun da davam edəcəyini bildirdi. Minecraft, 2009-cu ildə bazara təqdim olunmasından bu yana 100 milyondan çox yüklənərək ən məşhur oyunlar arasında yer aldı. "Mojang"ın qurucuları olan Markus Notch Persson, Carl Manneh və Jakob Porser satın almadan sonra Microsofta qatılacaq qrupdan ayrılacaqlarını bildirdi.