“BlackBerry” və “Porsche”nin əməkdaşlığı çərçivəsində yeni bir ağıllı telefon istehsal edilib. İki şirkətin ortaq çalışması olan bu yeni model, şüşəyə bənzəyən düymələri və parlaq lüks xarici korpusu kimi xüsusi dizaynı ilə istifadəçilərinə prestij qazandıracaq.
Gələn ay satışa çıxarılacaq telefon, BlackBerry 10 əməliyyat sistemi ilə çalışacaq. Telefon 1.7 GHz cüt nüvəli prosessora, 3 GB RAM-a və 64 GB daxili yaddaşa və BlackBerry telefonlarına xas "qwerty" klaviaturasına malikdir.
“BlackBerry”nin hələ qiymətini elan etmədiyi Porsche Design P 9983 modelinin təxminən 1990 dollara şatışa təqdim ediləcəyi təxmin edilir. 2011-ci ildən bəri Porsche ilə birlikdə çalışan BlackBerry şirkəti, daha əvvəl Porsche Design adı ilə iki model istehsal etmişdi. BlackBerry qiyməti olduqca bahalı olan bu modellər ilə içində olduğu çətin vəziyyətdən xilas olmağa çalışır.
