Uzun gözləntilərdən sonra “iPhone 6” və “iPhone 6 Plus” təqdim olundu. Artıq yeni nəsil tablet “iPad”in təqdimatı haqqında düşünmək vaxtıdır. “iPhone” ilə müqayisədə, “iPad” barədə məlumatlar çox deyil.
Daha yüngül, nazik korpus, barmaq izi skaneri Touch ID ilə təciz ediləcəyi məlumdur. İndi də məlum oldu ki, “iPad Air 2” və “iPad mini Retina 2”nin təqdimat tarixi 21 Oktyabrda ola bilər. Eyni gündə Mac üçün yeni əməliyyat sisteminin final versiyası Yosemite təqdim olunacaq.