Yeni “iPhone 6”ların satışı, bazara çıxdıqları ilk 3 gündə 10 milyona çatıb. Apple pərəstişkarları böyük ekranlı “iPhone” modelləri üçün mağazalara axın edib. Mərkəzi ofisi Kaliforniyada yerləşən “Apple” şirkətindən verilən açıalqmada, satışların “iPhone 5” və “5c” modellərini geridə qoyduğu qeyd edilib.
Şirkətin Baş icraçı direktoru Tim Cook “iPhone satışları ilk həftə sonunda, daha əvvəlki bütün rəqəmləri geridə qoyaraq proqnozları aşdı” deyib. Analitiklərin bir qisimi 15 milyona yaxınlaşan satış rəqəmləri nəzərdə tuturdu. Bəzi analitiklər isə istehsal çatışmazlığı və məhsulların Çin bazarında satışa çıxmaması səbəbləri ilə “iPhone 5” və “5c”dən geri qala biləcəyini təxmin etmişdi.