Samsung və Diesel Black Gold dizayn komandası Andreas Melbostadın başçılığı ilə “Samsung Gear S” ağıllı saat üçün aksesuarlar hazırladı. Metal və dəridən hazırlanan aksesuarlar rok dövrünün musiqi ulduzlarının və New Wavenin səhnə obrazından ilhamlanıblar.
Kolleksiya Dieselin yeni 2015 yaz-yay kolleksiyasının nümayişi zamanı təqdim olunacaq. Samsung Böyük Britaniyada yeni smartfonu Alpha üçün 16 milyon dollarlıq multimedia reklam kampaniyası təqdim edir.
Reklam çarxında pop musiqiçi Lily Allen və sörfçü Ben Skinnerdən tutmuş ölkənin müxtəlif yerlərindən olan gənc Britaniyalılar təsvir olunub. Onları Britaniydakı ən məşhur smartfon birləşdirir.

