Apple “iPhone 6” və “iPhone 6 Plus”un ilk reklam çarxlarını təqdim etdi. Yeni modellərin üstünlüklərini komediyaçı Cimmi Fallon və müğənni Justin Timberleyk təqdim etdi. Reklam çarxının səsləndirilməsi onlara aiddir.
Reklam çarxlarında böyüdülmüş ekran, öz sağlamlığını qorumağı sevənlər üçün olan tətbiq və ekranın ölçüsü daha çox vurğulanıb. Müğənni Justin Timberleyk tez-tez vurğulayır ki, iPhone 6 Plus “böyükdüüüüüür”. Cimmi Fallon ilə birlikdə onlar kameranın imkanlarını diqqətə çatdırır.