“Nokia”nın Polşada yerləsən bölgüsü “Lumia 930”a həsr olunmuş reklam çarxı təqdm etdi. Baş qəhraman hər şey və hər kəsin fotosunu çəkməyi sevən bir şəxsdir. Lakin o, özü ilə bütün avadanlıqı daşımağı sevmir.
Alternativ olaraq, ona 20-meqapikselli PureView kamera ilə təchiz olunmuş Lumia 930 təqdim edildi. Bu smartfon çəkilişlər üçün çox rahatdır. Onun vasitəsilə çoxlu sayda təqdim olunan funksiyaların köməyi ilə istənilən şəraitdə çəkiliş aparmaq mümkündür.