Apple yeni telefon modeli “iPhone 6 Plus” və əməliyyat sistemi “İOS 8” ilə əlaqədar şikayətlərə dair ilk rəsmi açıqlamasını bildirib. “Apple”, “iOS 8” proqramı və bükülən "iPhone 6 Plus”a dair səssizliyini pozub.
“Apple”ın nümayəndə heyəti Trudy Muller elektron poçt ilə açıqlama edib. Şirkətin sözcüsü, “Normal istifadədə “iPhone”un bükülməsi nadir rast gəlinən bir vəziyyətdir, ilk 6 günlük satışımızda yalnız 9 müştərimiz “iPhone 6 Plus”un büküldüyündən şikayət edib” deyib.
O, “iOS 8”in problemli versiyasının distributivdən yığışdırıldığını da bildirib. Şikayətlərdən sonra “Apple”ın səhmləri 4%-ə yaxın dəyər itirərək, şirkətin bazar dəyəri 23 milyard dollar əriyib.