"Ello” adlı sosial şəbəkə saytı, artan istifadəçi sayı ilə diqqəti çəkir. Bu sosial şəbəkə, 1,3 milyard istifadəçi sayı ilə dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”a rəqib olmağa hazırlaşır.


 


Hələ “Facebook”la müqayisədə kiçik bir kütləyə xidmət göstərən “Ello”, “Facebook”u tənqid edən bəyanatında  “Hər paylaşdığınız izlənilir və məlumata çevrilir. Reklam verənlər bu məlumatları satın alır və sizə daha çox reklam göstərilir. Siz alınıb-satılan bir məhsulsunuz”  ifadələrinə yer verilib.


 


“Facebook”un əksinə saytda reklam olmadığını və olmayacağını açıqlayan “Ello”, icra etdiyi “Anti Facebook” kampaniyası ilə çoxlu sayda yeni istifadəçi qazanıb. Saytın serverlərinin qeyri-kafi olması səbəbi ilə bir müddətdir yeni istifadəçilər saytda qeydiyyatdan keçə bilmirlər. Hazırda beta versiyasında fəaliyyət göstərən sosial şəbəkə, elektron poçtunu yazıb qeydiyyatdan keçmək istəyənlərə yaxın zamanlarda dəvət olunacaqlarını  bildirilir.


 


“Ello”ya üzv olmaq istəyənlərin normalda təxminən 2 dollar bir üzvlük haqqı ödəmələri lazımdır. Böyük tələbin yaranmasından faydalanan bəzi istifadəçilər, üzvlüklərini onlayn alış-veriş saytı “eBay”da 100 dollara satır. Son dövrlər sürətli bir şəkildə yeni istifadəçilər qazanan “Ello”nun “Facebook”a ciddi bir alternativ olub-olmayacağı  maraqla gözlənilir. “Ello”nun “Facebook” ilə bağlı başlatdığı kampaniya haqqında “Facebook” hələ rəsmi bir açıqlama verməyib.


 


“Ello”nun reklam olmadan necə pul qazanacağı ilə maraqlanırsınız?  “Ello”nun planı, istifadəçilərinə ödənişli “xüsusi funksiyalar”  təqdim etmək və buradan gəlir əldə etməkdir. Bu səbəbdən “Ello”, ödənişsiz bir sosial şəbəkədən daha çox “Freemium” modelini mənimsəyən bir sosial şəbəkəyə bənzəyir. “ABŞ”ın dizayn studiyası “Berger & Föhr” yeni sosial şəbəkəsini - “Ello kiçik bir sənətkar və dizayner qrupu tərəfindən yaradılmış sadə, gözəl və reklamsız bir sosial şəbəkədir” sözləri ilə tanıdır.


 


Digər sosial şəbəkələrdən fərqli bir şey təqdim etməyən kimi görünsə də, “Facebook”un artan reklamlarından bezən istifadəçilərin, “Ello”da axtardıqlarını tapmaları ehtimalları var. Yəqin ki, bu xəbərdən sonra bəzi oxucular “Facebook”da  “Like” alıb-almamaq barədə ciddi düşünəcəklər.  “Ello” məşhurlaşarsa minlərlə manat xərclənib bəyənənləri artırılan səhifələr lazımsız ola bilər.