Microsoft, San-Fransiskoda keçirdiyi tədbirdə yeni əməliyyat sistemi "Windows 10"u təqdim edib. Nə üçün 8-dən sonra 10 adına keçildiyinə də aydınlıq gətirilib.Microsoft istifadəçiləri yaxın zamanda Windows 10 əməliyyat sistemini istifadə etməyə başlayacaq.
Şirkət San-Fransiskoda təşkil edilən bir tədbirdə yeni nəsil əməliyyat sistemini tanıdıb. Yeni əməliyyat sistemində daha çox korporativ müştərilərin (şirkətlərin) hədəfalındığı qeyd edilib.
Təqdimatda “Microsoft”un rəhbəri Terry Myerson çıxış edərək, yeni əməliyyat sisteminin yeni nəsil “Windows”lar üçün ilk addım olduğunu söyləyib. Myerson, yeni sistemdə yek bir Windows məhsul ailəsinə fokuslanacaqlarını söyləyib və korporativ istifadəçilərin Windows 10-u "özlərinə yaxın, rahat və daha məhsuldar" görəcəklərinə işarə edib. Yeni əməliyyat sisteminin adı çaşqınlıq yaradıb.
Myerson buna belə aydınlıq gətirib: "Məhsul tam məhsuldar şəkildə istifadə edilməyə başlandığında, bunun yeni sistem üçün daha uyğun bir ad olduğunu hər kəs görəcək." Yeni sistemə Windows 8 istifadəçilərinin dostu olduğu xüsusiyyətlər, eyni zamanda Windows 7 istifadəçilərinin də vərdiş etdiyi funksiyalar da inkişaf etdirilərək daxil edilib. Yeni Windows planşet, telefon, televizior, kompüter və hətta tablet daxil bir çox cihazın işlədə biləcəyi bir əməliyyat sistemi olacaq.
Ən əhəmiyyətlisi, bu cihazlar üçün tək bir elektron proqram mağazası olacaq və məsələn, kompüterinizə endirdiyiniz proqramı, eyni şəkildə telefonunuza da istədiyiniz təqdirdə yükləyə biləcəksiniz. Windows 10-un interfeysində diqqət çəkən ən əhəmiyyətli xüsusiyyət klassik masaüstü görünüşünün olmasıdır. Xüsusilə, Windows 7 ilə olan bənzərliyi diqqətlərdən qaçmır. Start menyusu yenə sabit bir şəkildə sol alt bölmədə verilir. Windows 10 əməliyyat sistemi 2015-ci ilin ortalarına doğru istifadəçilərə təqdim olunacaq. Windows hələ test mərhələsindədir. Bu dövrdə əməliyyat sistemi yoxlanılaraq çatışmazlıqları aradan qaldırılacaq.