Keçən il satılmağın astanasından dönən Kanadanın ağıllı telefon istehsalçısı “BlackBerry”dən iki rəhbər şəxs, ağıllı telefon bazarından imtina edilmədiyi bildirilib. Ağıllı telefon bazarını yaradan, sektorun Kanadalı ilk oyunçusu “BlackBerry”dən “imtina etmirik” mesajları verilib.


 


“BlackBerry”dən iki rəhbər şəxs, rəqibləri qarşısında hücum edə bilmədikləri ağıllı telefon bazarından pul qazanmağa davam etdiklərini,  hələ də 50 milyondan çox istifadəçinin onları seçdiyini qeyd ediblər.


 


Rəhbərlər  açıqlamaları, şirkətin proqnozlardan daha az zərər açıqladığı və “Passport” adını verdiyini yeni kvadrat  görünüşlü telefonunu təqdim edildiyi dövrdə veriblər.Şirkətin cihazlar bölməsinin rəhbəri Ron Louks, şirkətin “yaralarını” yeni sarımağa başladığını, hər il ən az bir ədəd yeni telefonu bazara çıxartmağı planlaşdırıldığını deyib. Louks, “Dizaynına  "vau" deyiləcək modelləri istehsal etmək istəyirik” şəklində danışıb.


 


Kanadalı istehsalçının yeni “Passport”  modeli üçün qarışıq şərhlər edilir. Kvadrat şəklindəki toxunma  ekranlı  telefon batareya ömürünün qısa olması səbəbi ilə tənqid olunur. Tənqidlərin bir başqa qaynağı isə telefonun qruluşu səbəbindən tək əllə istifadənin çətin olmasıdır. Şirkətin yeni telefon üçün, indidən 200 min ədəd sifariş aldığı da açıqlanıb.