Sony şirkəti “Xperia Z3” model suya davamlı smartfon mobil telefonunun reklam çarxını təqdim etdi. Reklam çarxı “adam&eve/DDB London” təşkilatı tərəfindən hazırlanmışdr. Sözü gedən reklam çarxında İngiltərənin musiqi qrupu “London Gramma”nın “Night Call” musiqisi səsləndirilmişdir.
Film Argentinada çəkilmişdir. Sözügedən reklam çarxı “Xperia Z3 ən pis işıqlandırma zamanı belə inanılmaz fotoşəkil çəkməyə qadirdir” mesajını verir. Outsiderdən olan rejissor Peter Thwaites çəkmişdir.