Vertu lüks smartfon “Aster”i təqdim etdi. Hər zaman olduğu kimi, şirkət materiallara, müstəsna xidmətlərə, bir sıra rəng və keyslərə əsaslanır. Cihazda 13-meqapikselli əsas kamera, təsdiq olunmuş Hasselblad, cüt LED flash, video zəng üçün 2.1 mpks kamera, 4,7 düymlük Full HD ekran (düym başına – 473 piksel), on LTE standartlar dəstəyi, “Smart” antenn (19 hissə),  2.3 GHz ilə Qualcomm Snapdragon 801 çipseti var.


 


Smartfon Android 4.4 KitKat üzərində qurulub. “Vertu”nun hər hansı bir digər cihazı kimi, Aster Böyük Britaniya müəssisəsində əl ilə yığılmışdır. Samartfon dəri seçimi (dana, ilan və ya dəvəquşu), PVD 5-ci sinifə aid bərkimiş titan və ekranla obyktivi qoruyan sapfir şüşə ilə təchiz olunub.


 


Korpusun çox dözümlü olduğu xüsusilə vurğulanır. Eksklüziv xidmətlərin sayı ənənəvi olaraq üç ədəddir: Concierge (klassik formada: istənilən vaxt ekspertlər qrupundan yardım istəyə bilərsəz, amma şəxsi köməkçidən yox), Vertu Life (qapalı tətbirlərə keçid), Certainty (şifrələmə, anti-virus və s).