İstifadə etdikləri, Ferrari, Bugatti və Lamborghini kimi idman avtomobilləri ilə diqqət çəkən Dubay polisi, artıq vəzifəsini “Google Glass”ın köməyi ilə yerinə yetirəcəkdir.



Pilot layihə çərçivəsində cihaz hələlik yalnız yol polislərinə paylanılacaqdır. Qiyməti 1.500 dollar olan ağıllı eynəyin yaxın bir zamanda ölkədə bütün polislərə paylanması planlaşdırılır.