“Samsung” şirkəti Sinqapur mağazalarında satıcıları danışan soyuducu ilə əvəz etdi. Sensor ilə təchiz olunmuş yeni “T9000” soyuducusu qapı açıldığı zaman reaksiya verir. Nə zaman ki, hər hansı bir şəxs soyuducunun qapısını açıb və ona toxunur o zaman soyuducu öz faydaları haqqında məlumat verməyə başlayır.



Alıcı həmçinin soyuducu haqqında ətraflı məlumat əldə rtmək üçün xüsusi tətbiqi mobil telefona yükləyə bilər. Reklam kampaniyası “Cheil Worldwide Singapore” reklam təşkilatı tərəfindən hazırlanmışdır.