"Android L”in adı Oktyabrın 16-da "Google"un vasitəsilə dəqiqləşdi. Belə ki, "Android L”in maraqla gözlənilən adı "Lollipop" olaraq təqdim olundu. Google, mobil platformasının yeni versiyasını "indiyə qədərki ən böyük Android nəşri" olaraq xarakterizə edir.
"Android Lollipop"un təqdim etdiyi yeniliklər daha əvvəl Google I/O tədbirində təqdim olunmuşdu. Yeni Androidin ən əhəmiyyətli xüsusiyyətlərindən biri Material Design istifadəçi interfeysidir.
Şirkət, rəngli, düz və sadə görünüşlü Material Design ilə "cihazlar arasında tutarlı bir dizayn" təqdim etmək istəyir. "Android Lollipop"da yalnız müəyyən xəbərdarlıqları göstərmə, cihazın batareya ömrünü 90 dəqiqə uzadan bir rejim və bu kimi çoxlu özəlliklər var. İlk olaraq Oktyabr ayının 16-sı tanıdılan "Nexus"ların istifadə edəcəyi Android Lollipop, önümüzdəki həftələrdə Nexus 5, 7, 10 və Google Play Edition cihazlarına da təqdim ediləcək.
“Nexus 6” təqdim olundu!
"Motorola" tərəfindən təqdim olunan "Nexus 6" 6 düymlük nəhəng Quad HD displeyi ilə indiyə qədərki ən böyük Google telefonudur. 13 megapiksel kameraya sahib olan cihaz, fırçalanmış alüminium gövdəsiylə telefonda "keyfiyyət" axtaranları təmin edəcək kimi görünür.
"Nexus 6"nın gücü 2.7GHz dörd nüvəli Snapdragon 805-dən gəlir. 32GB və 64GB-lıq modellər olaraq bazara təqdim olunan telefon böyük bir batareyaya sahibdir. Dizaynına baxdığımızda isə telefon, "Moto X"ın "böyüdülmüş"versiyasına bənzəyir. "Nexus 6" təbii ki, Androidin son versiyası Android 5.0 Lollipopa sahibdir.