"SocialBakers" araşdırmalarına əsasən paylaşılan və izlənilən videolarda “Facebook” platforması yüksəlişə doğru keçdi. Araşdırmalara əsasən marka və agentliklərin video izləyən və paylaşan zaman "Facebook" sosial şəbəkəsindən "YouTube"a nisbətdə daha çox faydalandığını görmək mümkündür.
Paylaşılan videoları platformalara görə incələdikdə Vimeo və Instagram sabit qalarkən, "Facebook"un yüksəlişdə, "YouTube"un isə enişdə olduğu görünür. 20.000 Facebook səhifəsini (marka, media, məşhur, əyləncə şirkətləri) araşdıran SocialBakers, son 12 ayda paylaşılan 180 min videoya baxaraq rəqəmləri və məlumatları müqayisə etdi. Facebook sosial şəbəkəsində paylaşılan videolar iki qata çıxarkən, bu nisbət "YouTube"un payını kiçiltdi.

