“Google”un maliyyə nəticələri gözləniləni verə bilmədi. Şirkət, üçüncü rübdə xalis mənfəətinin keçən ilin eyni dövrü ilə müqayisədə 5,4% azalaraq 2 milyard 810 milyon dollara gerilədiyini açıqladı.
Şirkətin gəlirləri isə eyni dövrdə 20%-lik artımla, 16 milyard 520 milyon dollara çatıb. Şirkətin bir səhmə düşən xalis mənfəəti 6,35 dollar olub. “Google”da bir səhmə 6 dollar 55 cent dividend gözlənilirdi.
Şirkət keçən il eyni dövründə bir səhm üzrə 5,63 dollar xalis mənfəət əldə etmişdi.