Google, Android əməliyyat sisteminin yeni versiyası olan "Android 5.0 Lollipop" üçün hazırladığı reklam filmini təqdim etdi. "South Park" bənzəri qəhrəmanların iştirak etdiyi film, vizuallıq və əyləncə elementləri ilə ön plana çıxır. Təqdimat üçün gözləyən camaat "Lollipop"un səhnəyə çıxışıyla coşur.
Qəhrəmanlar isə "Cue Tag Team"ın "Whoomp! (There It Is)" mahnısı ilə müşayiət olunur. Reklam,"Lollipop: Ən şirin Android" şüarı ilə sona çatır. Sözügedən reklam çarxını buradan izləyə bilərsiniz.
