"Snapchat", bu ilin sonları üçün planlaşdırdığı ilk reklam nümayişimlərini önümüzdəki həftə içərisində başladacağını rəsmi blogu üzərindən hər kəsə bildirdi. İlk olaraq “ABŞ” sakinləri Snapchat reklamları ilə qarşılaşacaqdır.
İstifadəçilərinin qarşılaşacağı reklamlar, Snapchat tətbiqinin "Recent Updates" hissəsində görünəcək və 24 saat boyunca aktiv qalacaq. Markalar "Snapchat"a reklam verərək istədiyi kəslərə 24 saat ərzində son yeniliklər siyahısında qalacaq reklamları göstərə biləcəklər.
Bir müddətdir ki, necə bir reklam modeli ortaya qoya biləcəyini düşünən "Snapchat"ın, reklamlardan ciddi bir şəkildə pul qazanmağa başlaması gözlənilir. Snapchat, fərdi ünsiyyəti zədələməmək üçün də əlindən gələni etdi. Beləcə "Snapchat"da yoldaşlarınızla snap alışverişində heç bir reklam ilə qarşılaşmayacaqsınız. Yalnız “Snapchat Stories” hissəsində reklam görünəcək və istifadəçi onu eynilə bir Snap kimi marağını çəkməsi halında izləyəcək.