"Yahoo"nun sahib olduğu fotoşəkil hosting və paylaşma platforması olan "Flickr" bir müddətdir gözlənilən "iPad" tətbiqini təqdim etdi. Bir müddət əvvəl Yahoo bəzi tətbiqlərini eynilə Google kimi iOS platformaları üçün daha yaxşı hala gətirməyə qərar vermişdi.


 


Tərkibində 10 milyarddan çox fotoşəkil olan "Flickr"ın "iPad" tətbiqi olduqca funksional dizayn edilmişdir. Lakin tətbiqdən istifadə etmək üçün "iPad"in mütləq "iOS 8"i dəstəkləməsi lazımdır.


 


"Flickr"ın iPad tətbiqi eyni zamanda bir kamera tətbiqini də tərkibinə qatır. Qısacası mobil fotoşəkiləri də "Flickr" tətbiqi üzərindən çəkmək mümkündür. "Flickr"ın 1000 GB-a qədər (yəni 1 TB) pulsuz olaraq təqdim etdiyi fotoşəkil hosting xüsusiyyəti sayəsində, bütün fotoşəkilləri "Flickr" tətbiqində saxlamaq mümkündür. Flickr hal-hazırda 10 fərqli dili dəstəkləyir.