Apple şirkəti dördüncü rübə uyğun maliyyə nəticələrini açıqladı. Şirkət, dəqiq mənfəətini keçən ilin son rübünə görə 13.3% yüksəltdi və keçən ilin eyni dövründəki nəticəsindən 1 milyard dollar daha çox mənfəət əldə etməyi bacardı.


 


“Apple”ın əldə etdiyi dəqiq mənfəət tam 8.5 milyard dollar oldu. Yenə keçən ilin eyni dövrünə görə, gəlirlər yüzdə 12 nisbətində artdı və 37.5 milyard dollardan, 42.1 milyard dollara qalxdı.


 


“CEO”luq vəzifəsini öz üzərinə götürən Tim Cookun liderliyində də yaxşı nəticələr əldə etdiyini bildirən şirkət, verilən məlumata görə son rübdə 39.3 milyon ədəd iPhone, 12.3 milyon iPad və 5.5 milyon ədəd Mac satdı. “Apple”ın iPhone 6, iPhone 6 Plus, iPad Air 2 kimi yeni məhsullar, Apple Pay kimi yeni xidmətlər təqdim etdiyini və hissələrini bu sahələrdə artırdığını düşünsək, “Apple”ın gerçək vəziyyəti üçün bir sonrakı ilin ilk rübünü gözləmək və satışların necə getdiyni görmək çox əhəmiyyətli olacaq.