Texnologiya uşaq oyuncaqlarını da dəyişdirir və bu sahədə son dövrün ən çox danışılan adlarından biri "Osmo"dur. "iPad"lə böyüyən yeni nəslin ekran qarşısında keçirdiyi passiv zamanı, əyləncəli və interaktiv oyunlarla dəyişdirən Osmo, bu günə qədər 2 milyon ön sifariş aldığını bildirmişdi.
Bu müvəffəqiyyətinin ardından 12 milyon dollar daha investisiya alan Osmo, məhsullarını gerçək mağazalara çıxarır. Şirkət bunun üçün Amerika və Kanadadakı 284 Apple Store ilə işə başlayır.
İki köhnə Google və bir köhnə Disney idarəçisindən ibarət qrupa aid bir layihə olaraq 2013-cü ildə başlayan Osmo ilə uşaqlar, iPad müşayiəti ilə fiziki oyunlar oynayır. “Osmo”nun satışa təqdim edilən dəstinin içərisində, oyun sahəsi, oyun sahəsindəki hərəkətləri iPad kamerasının görməsini təmin edən əks etdirici bir ayna, iPad yardım bazası və oyuncaq parçaları yer alır.
Bununla yanaşı başlanğıc üçün gerçək puzzle parçalarını ekrandakinə görə birləşdirən Tangram, interaktiv rəsm oyunu Newton və söz oyunu Words tətbiqlərinin parçaları da “Osmo” dəstində yer alır. “Osmo”da oyuna başlamaq üçün lazım olan isə “iPad”i plastik konsola yerləşdirmək, qırmızı rəngli əks etdirici aynanı iPad kamerası üzərinə yerləşdirməkdən və cihazı işlətməkdən ibarətdir.



