Ötən ilin Aprel ayında "Microsoft"un "Nokia"nı satın alması olduqca böyük səs-küyə səbəb olmuşdu. Ağıllı telefon və tablet bazarında rəqibləri Apple, Google və Samsungdan bir xeyli geri qalan Microsoft, "Nokia"nı satın alaraq yeni bir strategiya izləməyə başlamışdı.
Satın almanın ardından "Windows Phone" əməliyyat sisteminə sahib olan cihazlar, Lumia seriyası və "Nokia"nın digər modelləri olaraq çox fərqli məhsul xarakterinə sahib oldular.
Bir neçə gün əvvəl isə (21 Oktyabr) Microsoft, yeni Lumia seriyasından başlayaraq Nokia adını məhsul və digər sahələrdən götürəcəyini açıqladı. Təxminən 6 aydan sonra Microsoft, ilk dəfə olaraq yeni Lumia seriyasından və Lumia ilə əlaqədar sosial hesablardan, internet saytlarından "Nokia" adını götürəcəyini bildirdi.
Nokia tamamilə bağlanılırmı? sualına isə Microsoft səlahiyyətliləri belə bir şeyin olmadığını, şirkətin daha çox "Xəritələr, şəbəkə infrastrukturu" üzərinə fokuslanılacağını bildirdi. Nokia adının götürülməsi ilk olaraq Fransada reallaşdı və gələcək aylarda bütün dünyada dəyişikliyin ediləcəyi bildirildi.