Mesajlaşma tətbiqləri yüksək sürətlə böyüyür və bunun SMS istifadəsini belə azaltdığı artıq rəsmi olaraq təsdiq edilmiş vəziyyətdədir. Facebook sosial şəbəkəsi də bu sahədə, öz mesajlaşma tətbiqini ayrı bir məhsul halına gətirərək, "Facebook Messenger" tətbiqini yaratmışdı.


 


"Facebook"dan müstəqil olaraq ancaq Facebook hesabındakı mesajları əsas götürərək çalışan Facebook Messenger, ilk video reklamını yayımladı. Son zamanlarda pul göndərmə kimi xüsusiyyətlərin də əlavə ediləcəyi söylənilən "Facebook Messenger"ın təqdim etdiyi ilk reklam çarxını Sizlərlə paylaşırıq.