"Apple Pay" artıq rəsmi olaraq istifadə edilməyə başlandı. "ABŞ"ın ən böyük maliyyə texnologiya şirkətlərindən və öz sahəsində lider olan First Data, "Apple Pay"ə verdiyi dəstəklə ödəmə sistemlərində yeni bir dövrün qapısını açdı.
First Data, "Apple Pay"in təhlükəsizlik həlləri provayderi olaraq bilinir və xidmətləri 70 ölkədə istifadə edilir. “Apple”ın ildə 1.8 trilyon dollar ödəmə keçidi təmin edən bir şirkətlə razılaşmış olması da potensialın nə qədər böyük olduğunu göstərir.
20 Oktyabr etibarilə istifadə edilməyə başlanan Apple Pay ilə ödəmə etmək mobil telefonunuzu cibinizdən çıxarıb bir tətbiqi açmaq qədər sadə və sürətli olacaq. Aşağıdakı videoda göründüyü kimi ödəmə edən zaman NFC dəstəkli POS cihazına iOS əsaslı cihazı yaxınlaşdırıb ekranda şəxsiyyəti təsdiqləyərək etibarlı bir ödəmə etmək mümkündür.
"Tokenization" olaraq adlandırılan bu sistem kredit kartı və ya bank kartı məlumatlarını qorumağı zəmanət edir və “Apple”ın sadəlik fəlsəfəsinə uyğun bir şəkildə çalışır. Kabelsiz ödəmə terminallarıyla ödəmə əməliyyatının daha da asanlaşacağını söyləyən First Data, Payeezy.com ilə “Apple Pay”'i istifadə etmək istəyən şirkətlərə yol göstərir. Tim Cook isə 16 Oktyabr tədbirində “Apple Pay” üçün 500 yeni bankla daha razılaşdıqlarını açıqlamışdı.