“Apple” və “Samsung” kimi şirkətlərin bir müddətdir daxil olduqları taxıla bilən texnologiya sektorundakı rəqabət, yaxın bir zamanda daha da qızışacağına bənzəyir. İddialara görə, texnologiya nəhəngi “Microsoft”, önümüzdəki həftələrdə yeni ağıllı saat modelini təqdim edəcək.
Şirkətə yaxın mənbələrin verdiyi xəbərə görə, “Microsoft”un ağıllı saatı, orta hesabla iki gündəlik bir batareya ömürünə malik olacaq və bazardakı çox məhsul kimi tibbi məqsədli olacaqdır.
Şirkətin bu yeni cihazı hansı adla və nə vaxt bazara çıxaracağı hazırda bilinmir. Şirkətə yaxın mənbələrə görə, “Microsoft”un, yaxın bir zamanda təşkil edəcəyi təqdimatda məhsulun qiyməti və digər bilinməyən detalları barədə məlumat veriləcək. Taxıla bilən texnologoya sahəsində hazırda “Moto 360” kimi bir neçə məhsul var. Ağıllı məhsulun ən böyük rəqibi olması gözlənilən “Apple Watch”, gələn il bazara çıxardılacaq.