"Facebook" sosial şəbəkəsi tərəfindən yaradılan "Rooms" adlı proqram sayəsində istifadəçilər özlərinin müəyyən etdikləri bir mövzu barədə söhbət otaqları yarada bilir.
“Apple Store”da ödənişsiz istifadəyə təqdim edilən tətbiq, istifadəçilərin bir söhbət otağına qatılmalarına və istədikləri mövzu çərçivəsində yeni bir söhbət otağı yaratmalarına imkan verir.
Verilən açıqlamaya görə, “Facebook”dan fərqli bir platforma olan tətbiq, istifadəçilərin adlarını gizləmələrinə və hər söhbət otağında özlərinin müəyyən edəcəkləri fərqli bir adla olmalarına icazə verir. Yalnız dəvət ilə qatıla bilinən söhbət otaqlarını qatılan istifadəçilər, buradakı qaydaları da özləri təyin edir. Facebook tərəfindən istifadəyə təqdim edilən yeni proqram, hazırda yalnız iOS əməliyyat sisteminə malik ağıllı telefonlarda çalışır. Şirkətin proqramın Android versiyasını nə vaxt yayımlanacağı isə bilinmir.