"Facebook" sosial şəbəkəsi tərəfindən yaradılan "Rooms" adlı proqram sayəsində istifadəçilər özlərinin müəyyən etdikləri bir mövzu barədə  söhbət otaqları yarada bilir.


 


“Apple Store”da ödənişsiz istifadəyə təqdim edilən tətbiq, istifadəçilərin bir söhbət otağına qatılmalarına və istədikləri mövzu çərçivəsində yeni bir söhbət otağı yaratmalarına imkan verir.


 


Verilən açıqlamaya görə, “Facebook”dan fərqli bir platforma olan tətbiq, istifadəçilərin adlarını gizləmələrinə və hər söhbət otağında özlərinin müəyyən edəcəkləri fərqli bir adla olmalarına icazə verir. Yalnız dəvət  ilə qatıla bilinən söhbət otaqlarını qatılan istifadəçilər, buradakı qaydaları da özləri təyin edir. Facebook tərəfindən istifadəyə təqdim edilən yeni  proqram, hazırda yalnız iOS əməliyyat sisteminə malik ağıllı telefonlarda çalışır. Şirkətin  proqramın Android versiyasını nə vaxt yayımlanacağı  isə bilinmir.