“ABŞ”ın texnologiya nəhəngi “Apple” və “Nike”, yeni bir taxıla bilən məhsul üçün birlikdə hərəkət etməyə qərar verib. Bu, “Nike” və “Apple”ın ilk ortaqlığı deyil. İki şirkətin ortaq keçmişi 2006-ya qədər uzanır.
“Apple” və “Nike”, 2006-cı ildə iPodlar üçün “Sport Kit” adlı bir məhsul üçün birlikdə işləmişdi. “Nike” və “Apple”ın birlikdə istehsal edəcəyi taxıla bilən cihazın adı, ümumi xüsusiyyətləri və çıxış tarixi barədə bir şey bilinmir.
“Nike”ın rəhbəri Mark Parker, mövzu ilə əlaqədar verdiyi açıqlamada söz mövzusu yeni cihazın “Nike”ın bir əvvəlki taxıla bilən cihazı “Nike FuelBand” (fitness aksesuarı) ilə müqayisədə daha inteqrə və geniş imkanlara malik bir məhsul olacağını qeyd edib.
“Apple”ın keçmiş CEO-su Steve Jobs və hazırkı CEO-su Tim Cook ilə birgə çalışdığına vurğulayan Parker, bunun onlara üstünlük təmin etdiyini qeyd edib. “Nike”, bir neçə ay əvvəl “Nike FuelBand”ı yaradan qrupundakı 70 adamı işdən çıxarmışdı. “Apple” ilə edilən ortaqlığın “Nike”ın bu qərarına təsiri olduğuna inanılır.