Sosial media marketinq və anatilik təşəbbüsü olan Socialbakers, Lenovo əməkdaşlığı ilə hazırladığı “Social Health Index” adlı yeni sosial media ölçü sistemini tanıtdı.
Markaların sosial mediadakı dəyərlərini tək baxışda gözlər önünə sərən “Social Health Index”, fərqli platformlardakı müqayisələrlə ən yaxşı sosial media qiymətləndirilməsi təqdim etməyi qarşısına məqsəd qoyur.
Daha əvvəl öz araşdırmalarıyla markaların müqayisəli sosial media performanslarını təqdim edən təşəbbüs, “Social Health Index” ilə markaların şəxsən bu analizləri etməsinə imkan yaradır. Bu yenilik markaların sosial media marketinqinə xərclədikləri investisiyanın geri dönüşünü ən yaxşı şəkildə götürməyə yol açır.

