Apple şirkətinin icraçı direktoruTim Cook və “Alibaba”nın icraçı direktoru Jack Ma, “Wall Street Journal”ın təşkil etdiyi rəqəmsal konfransa dəvətli idi. Əvvəl Jack Ma, sonra isə Tim Cook əməkdaşlıq üçün qarşılıqlı bəyanatlar verdi.
Kaliforniyada olan “Laguna Beach”da reallaşdırılan WSJ rəqəmsal konfransı, çox böyük bir əməkdaşlığa səbəb olmuş ola bilər, çünki Manın da vurğuladığı kimi, “Alibaba”nın ödəmə sistemi Alipay, MasterCard və Visadan sonra dünyanın ən böyük üçüncü ödəmə sistemidir.
Bu ekosistemə girən “Apple Pay”in, Alibaba ilə böyük bir ortaqlığa getməsi, “Apple Pay”in də qarşılığını alacağı böyük bir əməkdaşlıq mənasına gələcək. Jack Ma, Apple ilə əməkdaşlıq etməyi ümid etdiklərini açıqca ifadə etdi. Alibaba, ola biləcək bir Apple Pay əməkdaşlığını həm mobil tətbiqlərinə əks etdirəcək, həm də Jack Manın da ifadə etdiyi kimi, Alibaba ABŞ-a artıq daha çox investisiya edəcək .