Google, bir müddətdir ki, hazırlıq işlərini davam etdirdiyi sağlamlıq və fitness tətbiqi “Google Fit”i təqdim etdi. “Google Fit” Apple şirkətinin Health tətbiqi kimi, Android cihazlarda toplanan fitnes və sağlıq məlumatlarını tək bir mərkəzdə toplayır.
Google Fit, ayrıca bir sağlamlıq və fitness tətbiqi olaraq da istifadə edilə biləcək. Tətbiqi istifadə edərək gündəlik fəaliyyəti izləmək, boy kilo ölçülərinə görə hədəf müəyyənləşdirmək mümkündür.
Android üçün təqdim olunan tətbiq “Google Fit SDK”nı istifadə edən tətbiqlər və Android Wear əsaslı geyilə bilən cihazlardakı məlumatları da bir araya gətirir. “Google Fit” təqdim etdiyi gündəlik və ya həftəlik hesabatlarla hədəflərinizə nail olmağa dəstək olur. Performansınıza görə sizə tövsiyələr edir. “Google Fit”in istifadəçilərin hər yerdən məlumatlara çatmasını mümkün hala gətirəcək şəkildə, e-poçt hesabı ilə daxil olmaq mümkün olan web səhifəsi də var.



