Sağlamlıq məlumatlarımızı toplama yarışına “Microsoft”un da qatılması artıq rəsmiləşdi. “Microsof Band” adı verilən cihaz 199 ABŞ dolları dəyərindədir. Microsof Band, bir fitness izləmə cihazı olması ilə yanaşı ağıllı telefondan bildirişlər almağı da təmin edir.


 


Cihazı 24 saat geyindikdə ürək döyüntüsünü, kalorini, yuxu keyfiyyətini izləyir. Cihaz bu məlumatları 10 fərqli sensor ilə izləyir. Microsof Band “Microsoft”un multi-platform strategiyasına uyğun olaraq hazırlanışıdr.


 


E-poçt və təqvim bildirimlərini göstərən Microsoft Band, səsli əmrlə də (Windows Phone 8.1 üçün Cortana) işləyir. Bundan əlavə cihazla telefona gələn zəngləri, mesajları, sosial şəbəkə yeniliklərini və ya hava məlumatını gözdən keçirmək mümkündür. Microsoft Band “Starbucks”larda da işləyir və biləklikdəki xüsusi barkod vasitəsilə hesabı ödənişi təmin edir. “Microsoft”un bulud əsaslı sağlıq platforması “Microsoft Health”, “Google” şirkətinin təqdim etdiyi “Google Fit”ə və “Apple”ın sağlıq platforması “Heath”a cavab olaraq xarakterizə edilir.


 


Açıq bir platforma olaraq hazırlanan Microsoft Health, Run Keeper və My FitnessPal kimi fərqli fitness proqramlarına, Jawbone kimi geyilə bilən platformlara uyğundur. Yəni Microsoft üçün rəqibləri kimi öz platformasındakı sağlıq məlumatlarını bir mərkəzdə toplamaq prioritetli hədəf deyil.  Bunan əlavə Microsoft korporativ bazarı da hədəfləyir. Buna görə "ofisdə edilən uzun bir iş görüşməsinin o gecə yuxuya necə təsir edəcəyini ölçmək" də Microsoft Health funksiyaları arasındadır.