Çinin ən əhəmiyyətli telefon istehsalçılarından biri olan Oppo, dünyanın ən incə telefonu olaraq “Oppo R5”i rəsmi olaraq tanıtdı. Çinli istehsalçının “Oppo R5” modeli, yalnız 4.85 mm qalınlığında olacaq və dünyanın ən incə ağıllı telefonu adını qazanacaq.
“Oppo R5” 4G-yə uyğun olaraq gələcək. “Oppo”nun R5 modeli, 1.5 GHz-lik Qualcomm Snapdragon 615 prosessora və 16 GB-lıq yaddaşa sahibdir. Cihazın RAM-ı isə 2GB olaraq təyin olunmuşdur.
5.2 düym ölçülərində full AMOLED HD ekrana sahib olacaq “Oppo R5”in kamerası 13MP ölçüsündə fotoşəkillər çəkib, 4K keyfiyyətində video qeydi edə biləcək. Oppo bir müddətdir ki, yalnız Çin bazarını deyil, digər ölkələri də hədəfləyərək bir siyasət həyata keçirməyi planlaşdırır. “Oppo R5” həm qiymət avantajıyla həm də bazar lideri olaq rəqib markaların flaqman olan telefonların xüsusiyyətləriylə yarışa biləcək xüsusiyyətlərə sahibdir. “Oppo R5” Dekabr ayında 499 dollarlıq satış qiymətiylə bazarlara təqdim olunacaq.
