Su keçirməyən xüsusiyyətini ötən ildən bu yana “Xperia” ailəsi üçün ən əhəmiyyətli strategiya halına gətirən Sony, önümüzdəki aylarda orta səviyyədə daha çox su keçirməz modellərin təqdimatı üçün müxtəlif işlər görür.


 


Marka bu strategiyaya nə qədər sahib çıxdığını göstərmək üçün hətta bir su altı mağazasının da layihəsi üzərində çalışır. Məlumatlara görə “Xperia Aquatech Store” adını daşıyacaq mağaza Xperia cihazlarının su keçirməyən xüsusiyyətini ziyarətçilərin şəxsən su altında sınaqdan keçirmələrinə imkan yaradacaq.


 


Mağaza suyun təxminən 4 metr altında yerləşəcək. “Sony” yeni mağaza konseptinin müştərilərə unudulmaz bir təcrübə yaşadacağını xüsusi olaraq vurğulayıb. Mağazanın Dubayın hansı ərazisində açılacağı istiqamətində dəqiq bir məlumat yoxdur.