“Beats” istər marka dəyəri istərsə də texnoloji quruluşuyla şübhəsiz ki əhəmiyyətli bir markadır. Qulaqcıqları ilə dünyanın hər yerində olduqca maraq görən “Beats”in, maraqlı bir versiyasının Noyabr ayı ortalarında istehlakçılarlara təqdim ediləcəyi bildirildi.
Beats, Yapon Sanrio şirkəti ilə həyata keçirilən razılaşma əsasında “Hello Kitty”li qulaqcıqlar təqdim etməyə hazırlaşır. “Hello Kitty” bildiyimiz kimi Yaponiyada olduqca məşhurdur.
Üstəlik yalnız uşaqlar deyil, gənc xanımlar üçün də böyük bir fenomendir. “Beats”in Solo2 və urBeats qulaqcıqlarına gələcək Hello Kitty, beləliklə həm qulaq içi həm də olduqca böyük bir model ilə sevimli pişiklərini daşıyacaq. Qulaq içi versiya olan urBeats 199,95 dollardan satışa təqdim ediləcək, Solo2 isə 249,50 dollardan istehlakçılarla görüşəcək.
