Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Stats” statistika mərkəzi istinadla xəbər yayıb ki, son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, “YouTube” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
Hesabatda bildirilir ki, Azərbaycanda “Facebook” sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib. İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə “YouTube” sosial şəbəkəsi tutub.
Üçüncü yerdə 2,24 faiz bazar payı ilə “ Twitter ” sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur. “Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.