Lüks texnologiya məhsulları istehsal edən “Ademov”, Apple üçün xüsusi “iPhone 6” təqdim etdi. Belə ki, “Ademov” təqdim etdiyi “Apple” loqosu bütünlüklə 16 əyar almazla örtülüdür.
Cihazın korpusu isə 24 əyar qızıldan hazırlanıb. Bu möhtəşəm cihaz 7 min 300 ABŞ dolları dəyərində satışa təqdim olunub. 7 min 300 dollarlıq cihaz üçün xüsusi taxta bir qutu, qulaqlıq kimi digər əlavə aksesuarlar da daxildir. Cihazı oğurluqdan qorumaq üçün əlavə ödənişin ödənməsi lazımdır.
