Putin, üzərində şəkilinin olduğu “iPhone”ların istehsalının dayandırılmasını istəyib. Nəticədə də telefonların qiyməti artıb. İtalyan butik markası “Caviar”, üzərində Rusiya Prezidenti Vladimir Putinin şəkilinin olduğu “iPhone” korpusları istehsal edir.
Şirkət qızıl və titandan yeni “iPhone 6” və “6 Plus” modelləri üzərində çalışır. Daha əvvəl şirkətin telefonları 3 min 600 dollar kimi bir qiymətlə satılırdı. Şirkət, bundan sonra üzərində Putinin şəkili olan telefonları istehsal etməyəcək, yalnız əllərində olanları satmağa davam edəcəklərini açıqlayıb. Bu vəziyyətin ardınca telefonların qiyməti 4 min 350 dollara qədər qalxıb.
