Samsung şirkəti “Gear S” saatı üçün ilk reklam çarxını təqdim etdi. Reklamda şirkət “Gear S”in sadəcə saat deyil, həm də kompas, poçt qutusu və “əlavə əl cütlüyü” olduğunu qeyd edir.


 


Saatın əsas üstünlüklərindən olan inteqrasiya olunmuş GPS və 3G modul vurğulanır. Bu xüsusiyyətlər devaysı smartfon və “Bluetooth”dan daha az asılı edir.


 


Eləcə də, məktub və ya mesaja tez cavab vermək üçün “QWERTY” klaviatura da var. Smart saatlar, həmçinin əyri ekran ilə təciz edilib və Tizen OS əsasında fəaliyyət göstərir. Samsung “Gear S” qara və ağ rənglərdə mövcuddur.