Texnologiya nəhəngi Google, sürətlə yayılan və bir çox insanın həyatını itirməsinə səbəb olan Ebola virusu ilə mübarizə üçün ianə kampaniyası başlatdı.
Google Afrikadakı Ebola ilə mübarizə aparan qeyri-hökumət təşkilatlarına 25 milyon dollarlıq ianə edib. Bundan əlavə başlatdığı #FightEbola kampaniyası ilə dünyadakı hər kəsi ianə etməyə dəvət edir.
Kampaniyaya görə internet istifadəçilərinin Ebola virusu ilə mübarizə edənlərə və xəstə olanlara kömək üçün etdiyi hər 1 dollarlıq bağışa qarşılıq, Google 2 dollar daha ianə edəcək. Kampaniya, Google tərəfindən bağışlanan miqdar 5 dollar olana qədər davam edəcək.
Beləcə Ebolaya qarşı bağış kampaniyası hədəflənən 32.5 milyon dollara qədər davam edəcək. Ötən günlərdə Facebook sosial şəbəkəsinin qurucusu və CEO-su Mark Zuckerberg və həyat yoldaşı Priscilla Chan tərəfindən edilən 25 milyon dollarlıq ianədən sonra “Google”un bu cəhdi xəstəliyə qarşı mübarizədə əhəmiyyətli bir addım olacaq.
![]()