Logo bir brendin ən əhəmiyyətli parçasından biridir. Bu gün müvəffəqiyyət qazanmış bir çox brendin ardında, yaxşı hazırlanmış loqo var. Bugünkü professionallığa qarşı, dünyanın hər yerində logoların başlanğıcı olduqca sadədir.
1975-ci ildə Carolyn Davidson “Nike” logosunun hazırlanması üçün 35 dollar ödəmişkən, bu gün “Pepsi” 2008-ci ildəki loqosunu yeniləmək üçün 1 milyon dollar ödəməyi gözə aldı.
Apple
"Apple"ın ilk loqosu 1976-ci ildə hazırlanmışdır. 17-ci əsrlərin əl yazması səhifələrini xatırladan logo əslində Nyutonun klassik alma hekayəsini izah edir. İlk logo Ronald Wayne tərəfindən 800 dollara hazırlanmışdır.

Microsoft
Logo 1970-ci ildə Boogie Nights tərəfindən hazırlanmışdır. Şirkətin adı da o dövrdə micro-soft yəni mikro proqram olaraq təyin olunmuşdur.

IBM
Qurulduğunda ilk olaraq tərəzi, ətçəkən maşınlar kimi istehsalı olan IBM 1888-ci ildə "International Time Recording Company" adıyla yaradıldı. 1924-cü ildə adını "International Business Machines" olaraq dəyişdirərək logosunda da böyük bir dəyişiklik etdi.

Canon
1934-cü ildə iki Yapon ixtiraçı tərəfindən "həssas optik alətlər laboratoriyası" qurulmasıyla başlayan "Canon"un loqosu adını Budizmin mərhəmət ilahəsi olan "Kwanon"dan alır. Daha sonra isə ad sadələşdirilərək Canon halını almışdır.

Motorola
1930-cu ildə, Chicago mərkəzli Galvin Manufacturing Corporation adıyla qurulan Motorola o dövrlərdə avtomobil radiosu istehsalı işə başlamışdır. Daha sonra şirkət "motor" və "ola" sözlərinin birləşməsindən ibarət olan "Motorola" adını almışdır.

Nokia
Nokia, ilk olaraq Finlandiya yaxınlarınlarındaki bir qəsəbənin adını aldı və kağız istehsalçısı olaraq işə başladı. Loqosu isə qaranlıq və tüklü bir heyvanın fiquru idi. 1967-ci ildə "Fin Rubber Works, Nokia Wood Mill və Fin Kabel Works"un birləşməsiylə yeni və müasir bir şirkət ortaya çıxdı.
