MaxCreative şirkətinin Sosial Media Marketinqi sahəsində gördüyü işlər diqqət çəkməyə davam edir. Növbəti gözəl işlərdən biri Paranix Azərbaycan səhifəsi üçün hazırlanmış Bit Ovçusu oyunudur.
Oyun çox sadədir, yuxarıdan insan başına düşən bitləri "Paranix" spreyi vasitəsilə vurmaq lazımdır. Şirkətin Sosial Media meneceri Tərlan Ələkbərov: "Biz düşünür ki, Sosial Media Marketinqi yaradıcı, diqqət çəkici və insanların dostları ilə paylaşacağı, sürətlə yayılan kontentlərin ötürülməsidir.
Əgər apardığınız kampaniya haqqında danışılmırsa, insalar Sizin paylaşdığınız kontenti müzakirə etmirsə, bu uğurlu iş deyil. Bir şirkət öz sosial Media Marketinqini bizə həvalə edirsə, ondan geri dönüş gözləyir təbii olaraq. Burdakı əsas məsələ geri dönüşün olmasıdır. Bu oyunu yaratmaqdakı məqsədimiz auditoriyamızı əyləndirərək brendlə ünsiyyətlərini gücləndirməkdir."
.png)
.png)
.png)
.png)