“Samsung” şirkəti Milad bayramına həsr olunmuş iki reklam çarxı təqdim etdi. Samsung və Cheil UK bu reklam çarxlarını Britaniya bazarı üçün təqdim edib. İlk reklam çarxı “All wrapped up early” (Hər şey erkən qablaşdırılıb) adlanır.
Sözügedən reklam çarxında Milad hazırlıqları yeni “Galaxy Note 4”ün köməyi ilə həyata keçirilir. İkinci reklam çarxı isə “Christmas round ours” (Milad bizim ətrafımızdadır) adlanır. Burada isə “Samsung”un demək olar ki, əsas cihazları ilə bayram təlaşını xoş bir təcrübəyə cevirməyin yolları təqdim olunub.