Texnologiya nəhəngi “Google”un sürücüsüz avtomobili yola çıxır. Xəbər “Google”un rəsmi internet saytında yerləşdirilib. Şirkət, keçən May ayında bu avtomobillərdən birinin təqdimatını etmişdi, ancaq bu avtomobil hələ yola çıxa biləcək vəziyyətdə deyildi.



“Google” son açıqlaması ilə, ilk avtonom avtomobilin hazır olduğunu bəyan edib. Avtomobil, öz-özünə gedə bilir və ona kompüter vasitəsilə nəzarət edilir. Prototipdə standart avtomobillərdə olan manual idarəetmə sistemi də olacaqdır.



Uzun illərdir öz-özünə hərəkət edə bilən avtomobillər üzərində işləyən “Google”, avtomobilin test sürüşlərini 2015-ci ildə Şimal Kaliforniyada edəcək. Testlərin nə vaxt bitəcəyi və avtomobillərin nə vaxt kütləvi istifadəyə təqdim ediləcəyi barədə bir açıqlama verilməyib.