Fotoşəkil deyilincə ağla gələn ilk markalardan biri olan “Kodak” Yanvar ayının əvvəlində Las Vegasda təşkil ediləcək olan “CES” sərgisində Android əməliyyat sistemli bir ağıllı telefon təqdim edəcəyini açıqladı.
Əfsanəvi marka Kodak, bu ağıllı telefondan sonra tablet bazarına və kamera bazarına da daxil olacaq. 2012-ci ildə iflas qorumaya müraciəti edən Kodak, iflasın eşiyindən dönmüşdü.
İndi də “Bullitt Group” ilə əməkdaşlığa başlayan Kodak, yeni bir səhifə açmağa hazırlaşır. Ad və marka hüquqları “Bullitt Group”una aid olan Kodak, təqdim edəcəyi ağıllı telefonlarla birlikdə yenidən köhnə gözəl günlərə dönməyi arzulayır. 2015-ci ilin ilk günlərində qarşımıza yeni bir ağıllı telefon ilə çıxacaq olan Kodak, məhsulunu 2015-ci ilin içərisində inkişaf etdirməyə davam edəcək. Şirkətin 2015-ci ilin ikinci yarısında isə tablet və kamera modellərini təqdim edəcəyi gözlənilir.