e-poçt xidməti “Gmail” Çində fəaliyyətini bir müddətlik dayandırdı. “Gmail”in sahibi olan axtarış sistemi “Google” Çində olan kəskin hərəkət düşüşünü qəbul edib. Bu isə cümə günü yəni Dekabr ayının 26-sı qeydə alınıb.


 


“Google”un Sinqapurdakı əməkdaşı “Biz yoxlama apardıq və biz tərəfdən hər şey yaxşıdır və yaxşı işləyir” deyərək məlumat verib. Çin istifadəçiləri isə qeyd edir ki, xidmət Dekabr ayının 29-nadək bağlı olub.


 


Çində “Google” xidmətində olan nasazlıq İyun ayından qeydə alınıb. Bir müddət bundan əvvələ qədər istifadəçilər “Gmail”ə girişi IMAP, SMTP, iPhone e-mail vasitəsilə və Microsoft Outlook proqramı ilə edə bilirdilər. “Gmail”də olan nasazlıq korporativ e-poçt sistemində bu xidmətdən istifadə edin şirkətlərin işini çətinləşdirir.