“ABŞ”ın texnologiya nəhəngi Microsoft 29 dollarlıq, təxminən 23 manat qiyməti ilə diqqət çəkən ağıllı telefonu “Nokia 215” modelini satışa çıxardacaq. Şirkət bu telefon ilə ciddi bir satış rəqəminə çatmağı hədəfləyir.


 


2.4 düym və 320 x 240 meqapiksellik həllolma əmsalına malik ekranı olan “Nokia 215” adlı modelin 2G texnologiyasına sahib olacağı açıqlanıb. 2015-ci ilin ilk rübündə satışa təqdim edilməsi gözlənilən cihazın Azərbaycan da bu tarixdə bazara çıxacağı gözlənilir. 


 


Məhsul üçün açıqlanan 29 dollarlıq qiymətə vergilər daxil deyil. Azərbaycanda satışa təqdim ediləcəyi zaman idxal məhsul olduğu üçün əlavə vergilər və rüsumlar tətbiq olunacaq. “Nokia 215”in qiyməti açıqlanan rəqəmdən daha çox olacaqdır. Microsoft, 2013-cü ildə Finlandiyanın Nokia şirkətinin mobil telefon bölməsini 7,2 milyard dollara almış və 10 il ərzində istehsal etdiyi telefonlarda “Nokia”nın adını istifadə etmək hüququnun sahibi olmuşdu.