Apple” şirkətinin “iPad Pro adını verəcəyi gözlənilən geniş ekranlı planşet modelinə aid olduğu iddia edilən görüntü internetə sızıb. Fransanın Nowhereelse.fr adlı internet saytı daha əvvəl də “Apple” məhsullarına aid fotoşəkilləri bazara təqdim olunmazdan əvvəl yayımlayıb.


 


İnternet saytı indi də bənzər addım atdı. Sayt “iPad Pro”ya aid olduğu iddia edilən görüntünü oxucuları ilə paylaşıb. “Apple”ın bir müddətdir üzərində çalışdığı iddia edilən geniş ekranlı “iPad” modelinə aid olduğu iddia edilən görüntülərin “Apple”ın adından istehsal aparacaq şirkətin bir işçisi tərəfindən paylaşıldığı ifadə edilir.


 


“İpad Pro” adını alması gözlənilən məhsula aid prototipi araşdıran mütəxəssislər, məhsulun 6.9 ilə  7.5 mm incəlikdə bir  korpusa malik olacağını və 12.2 ilə 12.9 düym böyüklüyündə bir ekrana sahib olacağını proqnozlaşdırırlar. Təhsil və iş dünyasının hədəf alınaraq çıxarılacağı düşünülən yeni planşet modeli haqqında ortaya atılan iddialar haqqında “ABŞ”ın  texnologiya nəhəngindən hələ rəsmi bir açıqlama verilməyib. Bu günə qədər 9.7 və 7.9 düym ekran böyüklüyünə malik  “iPad” modelləri istehsal edən “Apple”in bu yeni modeli sayəsində bir müddətdir azalan planşet   satışlarını artırmağı hədəflədiyi düşünülür.